Macarıstanda ötən gün keçirilən parlament seçkilərində səslərin 98,94%-i hesablanıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, müxalifətdəki Tisa Partiyası Macarıstan parlamentindəki 199 yerdən 138-ini əldə edib.
Viktor Orbanın FİDES Partiyası 55, ifrat sağçı Bizim Vətənimiz Partiyası isə altı yer qazanıb.
Qeyd edək ki, Baş nazir Viktor Orban artıq “Tisa” lideri Peter Magyarı qələbə münasibətilə təbrik edib.