lmn9qogGShlGz9xlwpuXMFkAwfZy4p3F8RoBOiX4 1200

İsrailin son saatlarda Livanın cənubuna hava hücumları nəticəsində 24 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Bildirilib ki, Tir bölgəsinə daxil olan Maarub yaşayış məntəqəsinə təşkil edilən hücum zamanı altı nəfər ölüb.

Qana şəhərinin bombalanması nəticəsində isə daha beş nəfərin həlak olduğu qeyd olunur.

Livan tərəfinin yaydığı digər məlumatlara görə, Tefaxta şəhərinə endirilən hava zərbəsi nəticəsində ən azı 13 nəfər həyatını itirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: