İranın ali dini liderinin oğlu Müctəba Xamenei ölkənin cənub qonşularına müraciət edib.
Globalinfo.az-ın xəbərinə görə, o, çıxışında bildirib ki, hazırda baş verən hadisələri düzgün qiymətləndirmək vacibdir.
Ali lider bu prosesləri bir möcüzə kimi xarakterizə edib və qonşu dövlətləri düzgün mövqe tutmağa səsləyib.
“Cənub qonşularımıza deyirəm, siz bir möcüzənin şahidi olursunuz. Ona düzgün baxın və düzgün yerdə durun. Şeytanın yalan vədlərinə şübhə ilə yanaşın”, – deyə o vurğulayıb.
Xamenei çıxışında konkret olaraq hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.
Tahir Turan
Globalinfo.az