kurddd

ABŞ Prezidenti Donald Tramp kürdlərin Yaxın Şərq münaqişəsində iştirakını istəmədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verib.

“Mən onların uzaq durmalarını istərdim, çünki onlar özləri ilə bir sıra problem və çətinliklər gətirirlər”, – deyə Tramp bildirib.

Xatırladaq ki, İsrail, ABŞİran arasındakı münaqişə 28 fevraldan bəri şiddətlənməkdədir. İran dəfələrlə İsrailə, eləcə də Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox Yaxın Şərq ölkəsinə hücum edib.

İran hakimiyyəti hücumların Amerika hərbi bazalarını hədəf aldığını iddia edib. Onlar həmçinin Türkiyəyə hücum edildiyini də təkzib ediblər. Yaxın Şərq ölkələri İranın hərəkətlərini tənqid ediblər. Xüsusilə, BƏƏ ölkədəki səfirliyini bağlayıb və səfirini geri çağırıb, Səudiyyə Ərəbistanı isə cavab zərbələri ilə hədələyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: