“İran ABŞ-ın münaqişənin həlli planına cavab hazırlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Bir neçə gün əvvəl vasitəçilər ABŞ-ın 15 maddəlik planını təqdim etdi. Həmçinin Pakistan və bir sıra digər dost ölkələr də bu sırada yer alırdı.
O vaxt biz bu cür təkliflərin həddindən artıq, qeyri-adi və məntiqsiz olduğunu bildirmişdik. İndi maraqlarımıza və mülahizələrimizə əsaslanaraq öz tələblərimizi formalaşdırdıq”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az