Pakistan ordusu Əfqanıstan silahlı birləşmələrinin sərhəd postuna hücumunun qarşısını alıb, toqquşmalar zamanı hücum edən tərəfin 37 hərbçisi zərərsizləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar “X” sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, silahlı qarşıdurma şimal-qərbdəki Xeybər-Paxtunxva əyalətində yerləşən Qulam-Xan rayonunda baş verib. 80-dən çox əfqan döyüşçüsü yaralanıb.