Iran 5 1536x982 1 900x575 1

Britaniyanın Baş naziri Kir Starmer İran tərəfindən bağlanan Hörmüz boğazının açılması və Yaxın Şərqdə naviqasiya azadlığının bərpa edilməsinin asan olmayacağı barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Politico”ya verdiyi açıqlamada danışıb.

“Bu, asan məsələ deyil. Buna görə də, biz bütün müttəfiqlərimizlə, o cümlədən avropalı tərəfdaşlarımızla birlikdə regionda naviqasiya azadlığını mümkün qədər tez bərpa edəcək və iqtisadi təsirləri azaldacaq real birgə plan hazırlamaq üçün çalışırıq”, – deyə o qeyd edib.

Eyni zamanda, Starmer boğazın açılması planının NATO ilə əlaqələndirilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və Yaxın Şərqdəki vəziyyətdən təsirlənən digər ölkələri Hörmüz boğazına hərbi gəmilər göndərməyə çağırıb.

Paylaş: