Ermənistan və Azərbaycan hakimiyyətləri arasında Qarabağla bağlı konsensus var.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasından olan deputat Tiqran Abramyan deyib.
Onun sözlərinə görə, Azərbaycanın irəli sürdüyü 5 prinsip göstərir ki, danışıqlar Bakının xeyrinə başa çatacaq:
“Danışıqlar yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılır. İrəvanı Qarabağ ermənilərinin hüquq və azadlıqları məsələsi qane edir. Yəni əgər yalnız hüquq və azadlıqlar məsələsi olsa, sülh razılaşmasında Qarabağın Azərbaycana verilməsi prosesi möhkəmləndiriləcək. Bununla belə, Rusiyanın prosesdən kənarda qaldığını demək olmaz. Qərblə Rusiya arasında regionda prosesin nəzarət altına alınması üçün dərin qarşıdurma var. Rusiya öz iştirakını təmin edir, amma 4-6 ay sonra vəziyyətin belə qalacağı çətindir”.
İlkin Həsənov
Globalinfo.az