seid

İran Körfəz ölkələrindən ərazilərindəki ABŞ bazalarını bağlamağı xahiş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə “CNN”ə açıqlamasında bildirib.

“Tehranın ABŞ-a çatmaq üçün heç bir yolu yoxdur, ona görə də Vaşinqtonun yurisdiksiyası altında olan istənilən bazaya hücum etməli olur. Ona görə də bizim iki yolumuz var: Ya İran üçün daimi təhdid olan və ona qarşı daim istifadə edilən Amerika bazalarını bağlamaq, ya da müqavimət göstərmək”, – o bildirib.

Qeyd edək ki, fevralın 28-i ABŞ  İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.

Xatırladaq ki, Ərəb (Fars) körfəzində ümumilikdə 6 dövlət var: Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: