699f3d75c846a699f3d75c846b1772043637699f3d75c8467699f3d75c8469 3

“İranda rejim dəyişikliyi baş verə bilər, amma bu, dəqiq deyil”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Mən hələ İranla bağlı qərar verməmişəm. Onların danışıqları aparmaq tərzi məni qane etmir. Razılığa gəlməyə çalışmaqda davam edəcəyik. Güc tətbiq etmək istəmirəm, amma bəzən buna məcbur qoyurlar”, – o qeyd edib.

Ağ Ev rəhbəri gələn həftə İranla nüvə sazişi üzrə danışıqların yeni mərhələsinin keçiriləcəyini də qeyd edib. Lakin bildirib ki, İran ABŞ-ın eşitmək istədiyi sözləri – “nüvə silahı istəmirik” – səsləndirmir.

Tahir Turan
Globalinfo.az

Paylaş: