Moskva AZAL təyyarə qəzası ilə bağlı bütün məsələlərin həllini hədəfləyir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya tərəfi AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bütün həll olunmamış məqamları tam şəkildə araşdırmaq və prosesi yekunlaşdırmaq niyyətindədir.
Onun sözlərinə görə, məsələ ilə bağlı hüquqi və humanitar aspektlər diqqət mərkəzində saxlanılır. Zaxarova xüsusilə humanitar məsələlərə toxunaraq, Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının tez bir zamanda azad edilərək geri qaytarılmasının vacibliyini vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, bu addım iki ölkə arasında mövcud atmosferin yaxşılaşmasına və münasibətlərin normallaşmasına töhfə verə bilər.
Tahir Turan
Globalinfo.az