kemaleddin musavie

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Əliyev Mübariz Əli oğlu vəzifəsindən azad edilib.

Globalinfo.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2009-cu ildən bu vəzifəni tutan “Qoca” ləqəbli polkovnik təqaüdə göndərilib.

Nazirin digər əmri ilə daxili xidmət mayoru Zeynalov Babək Pərviz oğlu rəis əvəzi təyin olunub.

Qeyd edək ki, ötən ilin avqust ayında Babək Zeynalov Ağdərədə baş verən yanğın zamanı mina partlaması nəticəsində xəsarət almışdı.

eff23512cbaf5efbb872b18439b12bd1 25155121 560e 4ec9 ab17 610a237f1df0

Paylaş: