Paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, 99-GL-737 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı avtomobil “Karsan Atak” markalı sərnişin avtobusu ilə toqquşub.
Hadisəyə səbəb “Mitsubishi Pajero” markalı avtomobilin sol təkərinin yerindən çıxması olub.
Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
@tv.oxuBakıda nasaz avtomobil marşrut avtobusu ilə toqquşdu. #qəza #avtobus #oxuaz