0x0 kis aylarinda kalbiniz daha fazla calisiyor iste alinmasi gereken onlemler 1769511954485 15

Tehranda tədbir zamanı İran Prezidenti Məsud Pezeşkianla IRIB dövlət televiziyası arasında canlı yayım böhranı yaşanıb.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə “gdh.digital”a məlumat yayıb.

Bildirilib ki, bəzi mühüm layihələrin təqdimatı üçün kürsüyə çıxan Pezeşkian çıxışı zamanı dövlət televiziyası müxbirinin müdaxiləsi ilə qarşılaşıb.

Müxbirin “canlı yayımdayıq, vaxtı düzgün idarə etsəniz, məmnun olarıq” şəklindəki xəbərdarlığı zalda gərginliyi artırıb. Müxbirin bu xəbərdarlığına sərt şəkildə cavab verən Pezeşkian çıxışını dayandıraraq “yayımlamayın, önəmli deyil, biz öz işimizi görərik” deyib.

Bundan sonra İran dövlət televiziyası açılış proqramının canlı yayımını dayandıraraq ekranı qaraldıb.

Paylaş: