owl detail 620 483a24f7d1b6d2ddbfa789bd31345003

Avropa İttifaqı (Aİ) uzun illər Türkiyəyə problemli tərəfdaş kimi yanaşsa da, Ukraynada sülh perspektivlərinin gündəmə gəlməsi fonunda bu mövqeyini yenidən nəzərdən keçirməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilir ki, Ukrayna ilə bağlı sülh danışıqları sürət qazandıqca, Türkiyənin müharibədən sonrakı dövrdə xüsusilə Qara dəniz regionunda sülhməramlı və regional vasitəçi kimi potensial rolu onu Aİ üçün kritik əhəmiyyətə malik tərəfdaşa çevirir.

Brüssel Ankara ilə münasibətləri normallaşdırmaq istiqamətində hələ yalnız ilkin addımlar atır. Münasibətləri yaxşılaşdırmaq cəhdi çərçivəsində -nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos fevralın 6-da Türkiyəyə səfər edəcək.

Marta Kos səfər ərəfəsində qəzetə verdiyi açıqlamada bildirib:

“Ukraynada sülh Avropadakı reallıqları, xüsusilə Qara dəniz regionunda vəziyyəti dəyişəcək. Türkiyə bizim üçün çox vacib tərəfdaşa çevriləcək. Avropada sülhə və sabitliyə hazırlıq Türkiyə ilə möhkəm tərəfdaşlığın qurulmasını da nəzərdə tutur”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: