putin 3 900x506 2

Kiyevdə yerləşən Darnitsa İstilik Elektrik Stansiyası Rusiyanın zərbələri nəticəsində ciddi dağıntılara məruz qalıb və bu səbəbdən fəaliyyətini dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə UNİAN agentliyi stansiyaya xidmət göstərən “Avro-Rekonstruksiya” MMC-yə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, “Darnitsa” İES demək olar ki, tamamilə dağıdılıb.

Qeyd olunub ki, stansiya Dneprovski və Darnitsa rayonlarında yaşayan təxminən 500 min sakini istilik və elektrik enerjisi ilə təmin edirdi. Hazırda mütəxəssislər obyektə baxış keçirir və onun bərpası üçün mümkün yollar üzərində işləyirlər.

Agentliyin məlumatına görə, İES kritik zədələr alıb və uzun müddət istismardan kənar qalacaq. Bildirilir ki, fevral ayında Kiyev şəhəri sutkada cəmi 4–6 saat elektrik enerjisi ala biləcək.

Image 1 Image 1

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: