s 11

Sumqayıtda avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “QAZEL ” markalı yük avtomobilinin yük hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində avtomobilin yük hissəsinə yığılmış taxta materialları yanıb.

    Avtomobil yanğından mühafizə olunub.

    s 12

    Paylaş: