Azərbaycanda tələbə dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kurs tələbəsi Səma Cəmaləddin qızı Mirzəyeva vəfat edib.
20 yaşlı tələbənin yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişdiyi bildirilir.
Məlumata görə, Səma Mirzəyevanın 24 yaşlı qardaşı Ramal Mirzəyev də həyatını itirib.
Hadisə fevralın 1-də saat 20:00-da Bakı–Quba–Rusiya sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 99-cu km-də qeydə alınıb.
Leyla Əlisoy
Globalinfo.az