Dron hücumu təhlükəsi səbəbindən Qafqazda bir sıra hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Qroznı, Vladiqafqaz və Maqas hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və buraxmır.
Uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə analoji məhdudiyyətlər Gelendjik və Krasnodar hava limanlarında da qüvvədədir.
Rusiyanın Şimali Osetiya Respublikasının rəhbəri Sergey Menyaylo bildirib ki, Vladikavkaz hava limanında “Xalça” rejimi tətbiq olunub.
Onun sözlərinə görə, ərazidə dron təhlükəsi ilə bağlı ümumi xəbərdarlıq edilib.
Tahir Turan
Globalinfo.az