Xəbər verdiyimiz kimi, yanvarın 24-də Salyan sakini dəm qazından boğularaq ölüb. hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Paşayev Ramin Vaqif oğlu hamam otağında dəm qazından boğularaq ölüb.
Globalinfo.az xəbər verir ki, Ramin Paşayev “Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə Departamentinin Hacıqabul mühafizə bölməsinin rəis müavini vəzifəsini tutub. Mərhum sabah doğulduğu kənddə dəfn ediləcək. Allah rəhmət eləsin.
Əliyar Xəlil
Globalinfo.az