pasinyan yeni son 1 900x472 1

Ermənistanın Baş naziri Nikol Paşinyan xüsusi xidmət orqanları qarşısında vəzifələr qoyub.

Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, Ermənistan silahlar alır, lakin onların tətbiqinə ehtiyac olmayacağına ümid edir.

Paşinyanın sözlərinə görə, MTX öz imkanlarını ardıcıl şəkildə inkişaf etdirməli, xüsusi təyinatlı bölmələri gücləndirməlidir. Bununla yanaşı, o vurğulayıb ki, xidmətin əsas məqsədi güc tətbiqinə ehtiyac qalmayacaq mühit yaratmaqdır.

Baş nazir həmçinin narkotik qaçaqmalçılığına qarşı effektiv mübarizəni MTX-nin prioritet istiqamətlərindən biri kimi qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: