Rusiya Prezidenti Vladimir Putin ölkə gənclərini ailə qurmağa, övlad sahibi olmağa və maddi vəziyyətin yaxşılaşmasını, təhsilin başa çatmasını və digər amilləri sonsuzadək gözləməməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, Putinin sözlərinə görə, bütün Rusiya vətəndaşları Qafqaz xalqlarından nümunə götürməlidirlər:
“Onlar övladlarını kifayət qədər erkən yaşda evləndirirlər. Bu, əslində, düzgün yanaşmadır. Qafqazdan nümunə götürmək lazımdır. Məsələn, Ramzan Kadırovun böyük ailəsi, çoxlu övladı var. Erkən evlənmək onlarda bir ənənədir və bu, çox gözəldir”, – deyə Putin vurğulayıb.
Əliyar Xəlil