45fb70bf 0f99 430e 9811 7e9c82252d2d 900x675 1

Xəbər verdiyimiz kimi, bu gün ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Globalinfo.az xəbər verir ki, hazırda Bakının Hökməli qəsəbəsi və Yasamal rayonuna qar yağır.

Xatırladaq ki, sinoptiklər Bakıya sərt qışın gəldiyinə dair xəbərdarlıq ediblər. Artıq dekabr ayı başlayandan etibarən havalar kəskin soyuyub, intensiv şəkildə yağış yağır. Qarşıdakı günlərdə Bakıda və Abşeron yarmadasında qar yağacağı haqda proqnozlar verilib.

Qeyd edək ki, bundan əvvəl bəzi mütəxəssislər “əsrin qışı”nın yaxınlaşdığını iddia etmişdilər. Bildirilir ki, zəifləmiş qütb burulğanı səbəbindən Almaniya və qonşu ölkələr bu qış qeyri-adi dərəcədə soyuq hava ilə üzləşə bilər. Ekspertlərin çoxu xüsusilə bayramlardan sonra arktik soyuqların ehtimalının yüksək olduğunu qeyd edirlər. Bu xəbərin fonunda Azərbaycanda da sərt soyuqların olacağı gözlənilir.

Həmin görüntüləri təqdim edirik:

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: