17234602641723459830 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

Tver şəhərində yaşayış binasına edilən və yeddi nəfərin yaralanması ilə nəticələnən dron hücumundan sonra Kiyev yaxın günlərdə sərt cavab gözləməlidir.

Globalinfo.az xəbər verir ki, bu barədə əməkdar hərbi pilot, general-mayor Vladimir Popov bildirib.

Generalın sözlərinə görə, cavab addımları şənbə günü gecə saatlarında və ya bazar gününə qədər mümkün ola bilər.

O, hücumda istifadə edilən dronların Baltikyanı ölkələrdən və ya Finlandiyadan buraxılmasının ehtimalını tam istisna etməsə də, belə məsafələrin pilotsuz aparat üçün çətinlik yarada biləcəyini vurğulayıb.

Ekspert daha inandırıcı versiyanın dronların Tver bölgəsinin özündən havaya qalxması olduğunu deyib:

“Düşünürəm ki, bu dronlar maksimum 250–300 kilometr məsafə qət edə bilər”.

Tahir Turan
Globalinfo.az

Paylaş: