Bakının Sabunçu rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində “Lada” markalı avtomobil idarəetmədən çıxaraq digər 3 avtomobilə çırpılıb.
Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.
Hadisənin təfərrüatı araşdırılır.