1754587968 1749149151 media tramp9 gfpm09

“ABŞ NATO-dan çıxa və Rusiya ilə yaxınlaşa bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

“ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası dilemma yaradır: ya Avropa İttifaqı (Aİ) Tramp administrasiyasını narazı salan siyasətlərdən imtina edir, ya da ABŞ NATO-ya dəstəyini yenidən nəzərdən keçirir”, – bildirilib.

Qeyd olunub ki, Vaşinqtonun yeni milli təhlükəsizlik strategiyası bir avropalı məmuru hiddətləndirib.

Xatırladaq ki, dekabrın 5-də Ağ Ev ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını dərc edib.Sənəddə  Vaşinqtonun prioritet maraqları Ukraynadakı münaqişənin tezliklə həlli və Rusiya ilə strateji sabitliyin bərpası kimi müəyyən edilib. ABŞ tələb edir ki, Avropa öz müdafiəsi üçün məsuliyyəti öz üzərinə götürsün.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: