Ukrayna Silahlı Qüvvələri üçün Hulyaipole istiqamətində vəziyyət Donetsk vilayətindəki Krasnoarmeysk (Pokrovsk) yaxınlığındakı durumdan daha ağırdır.
Globalinfo.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Konstantin Maşovets bildirib.
Ekspertin sözlərinə görə, Ukrayna qoşunları Hulyaipole rayonunun təcrid olunması riski ilə üz-üzədir. O hesab edir ki, bütün müdafiə xəttinin mühasirəyə düşməsi ehtimalı yüksəkdir.
“Hulyaipole istiqamətindəki vəziyyət Ukrayna üçün Pokrovsk yaxınlığındakından daha təhlükəli görünür. Dərhal ordu ərazini tərk etməsə, vəziyyət daha pis olacaq”, – Maşovets vurğulayıb.
Daha əvvəllər məlumat verilmişdi ki, Rusiya qüvvələrinin bu istiqamətdə irəliləmə tempi digər bölgələrlə müqayisədə xeyli yüksəkdir.
Tahir Turan
Globalinfo.az