Ermənistanda Azərbaycan dilində yayımlanan televiziya kanalının aparıcısı Diana Karapetyan ilə Azərbaycanın Real TV-nin əməkdaşı arasında dialoq zamanı gərgin anlar yaşanıb. Belə ki, canlı bağlantı zamanı erməni jurnalist “Artsax” ifadəsini işlətməyə cəhd edib.
Buna dərhal Real TV-nin aparıcısı Vəfa Həmzəyeva müdaxilə edərək belə bir sual ünvanlayıb: “Əgər siz hələ də “Artsax“ deyirsinizsə, o zaman sülhdən necə danışmaq olar?”
Azərbaycanlı jurnalist vurğulayıb ki, “Artsax” ifadəsi artıq siyasi və hüquqi baxımdan qapalı mövzudur. Jurnalistimiz bir daha xatırladıb ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu məsələ beynəlxalq və regional səviyyədə artıq bağlanmış səhifədir.
Globalinfo.az videonu təqdim edir: