photo 2025 11 28 01 28 12 2 1

Avropa İttifaqının Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas Ermənistanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, o, bu barədə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib .

“Dünya nizamı dəyişir və strateji mövqelərin Aİ-nin ümumi xarici siyasəti ilə uyğunlaşdırılması Aİ tərəfdaşları, o cümlədən Ermənistan üçün çox vacibdir”, – o deyib.

Kallas bildirib ki, Rusiyaya qarşı sanksiyalar sərtdir, lakin Aİ ölkələri öz tərəfdaşlarının da bu məhdudiyyətlərə qoşulmasını istəyirlər.

Kallas həmçinin bəyan edib ki, Avropa İttifaqı Rusiyaya qarşı mübarizə də daxil olmaqla Ermənistana 50 milyon avro ayıracaq.

Paylaş: