084bd465 9558 3e6d 92d6 92c39011114c 850 1200 4

Bakıda yanvar ayında qar yağacağı ehtimal olunur.

Globalinfo.az “Metbuat.az” istinadla xəbər verir ki, bu barədə “AccuWeather” platformasının proqnozlarında göstərilir.

Proqnozlara əsasən, gələn ilin yanvarın 20, 21 və 23-də paytaxtda yağış və qar gözlənilir. Havanın temperaturu gündüz 8° isti, gecə isə 3° isti göstərilir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti şəhərdə qarlı hava ilə bağlı hazırlıq işlərinə başlanıldığını bildirib.

Paylaş: