Ukrayna münaqişəsinin həlli üçün istənilən plan BMT Nizamnaməsinin prinsiplərinə əsaslanmalıdır.
Globalinfo.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-ın Ukrayna ilə bağlı təqdim etdiyi yeni layihəni şərh edərkən bildirib.
O qeyd edib ki, hazırda BMT ABŞ layihəsinin tam mətnini görməyib.
Qeyd edək ki, noyabrın 20-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın ordu katibi Daniel Driscoll ilə görüşüb və görüş zamanı ona Vaşinqtonun münaqişənin həlli ilə bağlı hazırladığı plan təqdim olunub. ABŞ administrasiyası Kiyevdən bu sənədə gələn həftə ərzində münasibət bildirməyi tələb edib.
Tahir Turan
Globalinfo.az