Pasinyan gulus 2

“Ermənistan müstəqillik əldə etdikdən sonrakı müddətdə ilk dəfə Rusiya və Qazaxıstandan gətirilən yüklər Azərbaycan vasitəsilə ölkəyə daxil oldu”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir sovet dövründə Azərbaycan və Ermənistan arasında birbaşa quru əlaqəsinin olduğunu bildirib:

“İndiyə qədər Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə tranzit həyata keçirilirdi. Lakin hələ SSRİ dönəmində bizim Azərbaycanla Tavuş və Sünik (Zəngəzur-red.) vasitəsilə dəmir yolu əlaqəmiz olub.  

Ermənistan bu gün yük maşınlarının Marqara və Kornidzordan Azərbaycana və əksinə tranzitini təmin edə bilər. Bu infrastruktur artıq hazırdır”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: