Moskvadan İrəvana uçan təyyarədə bomba həyəcanı – FOTO/YENİLƏNDİ

Şeremetyevo hava limanında Moskva-İrəvan reysi ilə uçuşa hazırlaşan təyyarədə bomba olması xəbəri təsdiqini tapmayıb.

Globalinfo.az RİA-ya istinadən xəbər verir ki, sərnişinlərin əl yükünün və baqajın hərtərəfli yoxlanılmasından sonra daşınması qadağan olunmuş heç bir maddə aşkar edilməyib.

Bildirilir ki, təyyarə Moskva vaxtı ilə saat 16:12-də İrəvana uçub.

***

Şeremetyevo hava limanında Moskva-İrəvan reysi ilə uçuşa hazırlaşan təyyarədə sərnişin stüardessanın telefonla danışmasına əsəbiləşdiyi üçün çantasında bomba olduğunu deyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RT” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, qadın sərnişin insanların təyyarəyə mindiyi müddətdə stüardessanın telefonla danışmasına əsəbiləşib. Bu səbəbdən stüardessaya müraciət edərək “Bəsdir, daha telefonla danışdın, əks halda bel çantamdakı bomba ilə birlikdə təyyarəyə girəcəyəm” deyib.

Bundan sonra işçilər polisə müraciət ediblər. Sərnişin həbs edilib və hazırda dindirilir.

***

Martın 24-də Moskva-İrəvan reysi ilə uçuşa hazırlaşan təyyarədə bir sərnişin bel çantasında bomba olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qadın sərnişin Şeremetyevo hava limanında İrəvana uçan təyyarəyə minən kimi stüardessaya əl yükündə partlayıcının olduğunu bildirib.

Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə polis çağırılıb, hazırda təhlükəsizlik tədbirləri görülür.

Ətraflı məlumat açıqlanmır.

Ayşən Mustafa
Globalinfo.az