Gürcüstanda təyyarə qəzasında şəhid olan hərbçilərin nəşini gətirən təyyarə Ankara eniş edib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, şəhidlər noyabrın 14-ü rəsmi mərasimlə dəfn ediləcək.
***19:13
Gürcüstanda təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Türkiyəyə yola salınır.
Globalinfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
***17:43
Gürcüstanda baş verən təyyarə qəzasında şəhid olan türk əsgərlərin nəşləri bu gün Türkiyəyə aparılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Fulya Öztürk özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“A400M təyyarəmiz Tbilisi hava limanındadır. İyirmi şəhidimiz tezliklə Türkiyəyə göndəriləcək”, – Fulya Öztürk bildirib.
📍 Tiflis Havalimanı / Gürcistan pic.twitter.com/BTU4lfEMXX
— Fulya Öztürk (@Fullyaozturk) November 13, 2025