Erdogan

“Azərbaycandan ölkəmizə gəlməkdə olan təyyarəmizin GürcüstanAzərbaycan sərhədində qəzaya uğradığını böyük kədər ilə öyrəndik”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Xilasetmə işləri ilə bağlı koordinasiyamız davam edir. İnşallah, bu qəzadan ən az itki ilə çıxarıq. Allah şəhidlərimizə rəhmət eləsin və dualarımızla onların yanında olaq”, – o bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Türkiyə hərbi yük təyyarəsi C-130 Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: