690ba1840d736690ba1840d7371762369924690ba1840d734690ba1840d735 14

Hər dəfə həmsədrlər Prezident İlham Əliyevdən soruşanda ki, siz filan tədbirdə, misal üçün “BMT-də iştirak edəcəksinizsə, olar biz Ermənistan Prezidenti ilə görüş təşkil edək?”, İlham Əliyev deyib: “Görüşlərdə pis nə var ki? Edin, görək, mövqelərdə nələr dəyişəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində danışıb.

O qeyd edib ki, danışıqların davam etməsi Azərbaycana həm də zaman qazandırırdı.

“Çünki Azərbaycan üçün vaxt udmaq lazım idi: ordusunu tikmək üçün, ölkə üçün. Zman Azərbaycanın lehinə işləyirdi, çünki neftdən gəlir var idi, yeni texnologiyalar, xüsusilə hərbi texnologiyalar var idi. Həm də hərbçiləri hazırlayırdı. Vaxt lazım idi”, – o qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: