Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan nümayəndələri arasında baş verən söhbətdən maraqlı bir hadisəni danışıb.
Globalinfo.az xəbər verir ki, Paşinyanın səsləndirdiyi fikirlər maraqla qarşılanıb:
“Müzakirə zamanı bir tərəf siyasi mövqeyini əsaslandırmaq üçün dedi ki, bizim dilimizdə ‘Zəng’ “zəng vurmaq” mənasını verir. Digər tərəf də bildirdi ki, onların dilində də “Zəng” sözü eyni mənanı daşıyır. Və sonra məlum oldu ki, ‘Zəng’ fars dilində də “zəng vurmaq” mənasına gəlir. Bəs indi tarixi həqiqət kimdədir?”, – Paşinyan soruşub.
Əliyar Xəlil