FotoJet 2023 02 11T012639.301

Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Respublika meydanında, hökumət binasının yaxınlığında atışma baş verib.

Globalinfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yolsuzluq avtomobilini meydanda saxlamağa çalışıblar, bundan sonra silah səsləri eşidilib.

Yolsuzluq avtomobilinin sürücüsü təhlükəli manevrlər edərək polislərdən birini vurub.

Sonda avtomobil polis tərəfindən saxlanılıb. Ermənistanın hüquq-mühafizə orqanları insidentlə bağlı hələlik şərh verməyib.

Paylaş: