68fa820f7bb9d68fa820f7bb9e1761247759c7c3e78e3c9d26cc1158a8735d548eaa 8

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

Məlumata görə, sənəd inklüziv sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli “yaşıl keçid”in təşviqi kimi strateji prioritetləri ehtiva edir.

Paylaş: