Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş hələ də istisna edilmir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Açıqlamada bildirilib ki, belə bir görüş yalnız müsbət və real nəticələr əldə ediləcəyi təqdirdə baş tuta bilər.
Qeyd edək ki, Donald Tramp əvvəlcə Budapeştdə keçirilməsi planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb. Bunun ardınca ABŞ administrasiyası Trampın ikinci prezidentlik dövrünün ilk anti-Rusiya sanksiyalar paketini elan edib.
Amerika lideri, həmçinin, Ukraynada münaqişənin həlli prosesinin olduqca yaxşı getdiyini bildirib və Rusiyadan atəşkəsə razılıq verməyi tələb edib.
Tahir Turan
Globalinfo.az