iran tehran

“İranın danışıqlarda nümayəndə heyəti son iki gündə ictimaiyyətə ziddiyyətli açıqlamalar verib”.

Globalinfo.az xəbər verir ki, bunu İrana yaxın təhlükəsizlik dairələrinə bağlı analitik Əbulfəzl Bazərqan deyib.

“Əvvəlcə Hörmüz boğazının bağlanacağı ilə bağlı bəyanat verilsə də, bu addım atılmayıb. Daha sonra ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq danışıqların dayandırılacağı bildirilsə də, prosesin davam etdiyi və hətta ABŞ-ın vitse-prezidenti Ceyms Di Venslə birbaşa görüşlərin aparıldığı iddia olunub.

Danışıqlar nümayəndələrinə müraciət edirəm: rəqib o tərəfdədir, burada yox. Öz qapınıza qol vurursunuz?”, – deyə o, X sosial media hesabında yazıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: