Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vladimir Putin və Donald Tramp arasında mümkün görüşlə bağlı yayılan xəbərlərə sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, Zaxarova “Kp.ru”ya açıqlamasında bu məlumatları müharibə tərəfinin “əsl info-bombası” adlandırıb.
“Bu, müharibə partiyasından əsl info-bombadır”, – deyə Rusiya XİN rəsmisi bildirib.
Xatırladaq ki, NBC News jurnalisti Qarrett Haak Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadən yazıb ki, Putin və Trampın Budapeştdə görüşünə hazırlıqlar dayandırılıb.
Mənbənin məlumatına görə, dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında son telefon danışığı məhsuldar keçib, lakin ABŞ Prezidenti Tramp danışıqların davamı üçün tərəflərin kifayət qədər hazır olmadığını düşünür.
Tahir Turan
Globalinfo.az