kostanyan

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın adı spirtli içki qəbulu ilə bağlı qalmaqalda hallanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Mənbələrin məlumatına görə, Kostanyan bir qadınla İrəvanın mərkəzində yerləşən restoranda olub.  Bir neçə saat ərzində yeyib-içdikdən sonra küçəyə çıxan cütlük ictimai yerdə özlərini nalayiq aparmağa, bir-birini itələməyə və təhqir etməyə başlayıb.

“İnsidentin çoxsaylı şahidləri onlara müdaxilə etməyib və məsələni tərəflərin özlərinin həll etməsinə şərait yaradıblar”, – məlumatda vurğulanır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: