Fırtınaya görə İrlandiyada minlərlə ev işıqsız qaldı

Fırtınaya görə İrlandiyada minlərlə ev işıqsız qaldı

İrlandiyada fırtına səbəbindən 250 mindən çox ev işıqsız qalıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky Nyus” məlumat yayıb.

Təkcə İrlandiyada 184 minə yaxın ev, təsərrüfat və biznes elektriksiz qalıb. Böyük Britaniyanın bir sıra ərazilərində də elektrik enerjisi kəsilib.

Nəşrin məlumatına görə, Şotlandiya və Cənubi Elektrik Şəbəkələri (SSEN) elektrik enerjisini bərpa etmək üçün çalışır.

Əliyar Xəlil
Globalinfo.az