Ceyhun Memmedov

“Hazırda təhsil sahəsində universitetlərin muxtariyyətinin genişləndirilməsi, diplomların tanınması və maliyyələşmənin artırılması kimi məsələlər gündəmdədir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O həmçinin süni intellektin yaratdığı risklərə də toxunub:

“Bu gün süni intellekt bəşəriyyət üçün ən ciddi təhlükələrdən birinə çevrilib. Artıq Azərbaycanda da gənclərin süni intellektdən istifadə edərək cinayət törətməsi halları ortaya çıxır. Sosial şəbəkələrdə elə saxta video və şəkillər hazırlanır ki, onları ayırd etmək olduqca çətinləşir. Hesab edirəm ki, bununla bağlı xüsusi qanun qəbul edilməlidir. Məsələn, İtaliyada bir neçə il əvvəl azyaşlılarla bağlı bu mövzuda qanunvericiliyə uyğun addımları atılıb”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: