Polşa Prezidenti Karol Navrotsk BMT Baş Assambleyasında snyusdan istifadə etməsinə aydınlıq gətirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Zet” radiosuna müsahibəsində danışıb.
Prezident qeyd edib ki, ictimai yerdə snyus istifadəsi qalmaqal üçün səbəb deyil:
“Gülməli odur ki, snyusdan istifadəni maraqlı hal kimi təqdim edirlər, halbuki siqaretlər BMT-də bir çox yerlərdə, prezidentlər və onların komandaları arasında geniş yayılıb”.
Xatırladaq ki, iclas gedərkən Polşa prezidentinin mühafizəçisi ona kiçik bir konteyner ötürüb. Ardınca Polşa dövlət başçısı Karol Navrotski həmin qabdan götürdüyü snyus paketini dodağının altına yerləşdirib. Bu görüntü sosial mediada müzakirələrə səbəb olub.
Qeyd edək ki, snyus İsveçdə ənənəvi olaraq istifadə olunan siqaretsiz tütün məhsuludur. Siqaret kimi yandırılmır, tüstü çıxarmır.
Əliyar Xəlil
Globalinfo.az