68d15918809ab68d15918809ac175855029668d15918809a968d15918809aa

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi Anqus Lapsley ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə “X”də paylaşım edib.

Diplomat bildirib ki, Britaniya səfiri ilə Azərbaycan-NATO əməkdaşlığı ilə bağlı səmərəli müzakirələr aparıb:

“Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində tərəfdaşlıq, Azərbaycan-Böyük Britaniya ikitərəfli strateji tərəfdaşlığı, eyni zamanda, regionda baş verən son hadisələr və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı tarixi Vaşinqton görüşünün nəticələri barədə müzakirələr apardıq”.

Paylaş: