“Ukraynaya pilotsuz uçuş aparatlarının tədarükünü davam etdirən  Qərb ölkələri onun cinayətlərinə şərik olurlar”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib

O, 20 ölkənin daxil olduğu “dron koalisiyası”na müraciət edib.

“2025-ci ilin iyun ayından etibarən Ukrayna pilotsuz təyyarələrinin Rusiya ərazisinə endirdiyi zərbələr nəticəsində 132 nəfər, o cümlədən uşaqlar xəsarət alıb. Onlardan 116-sı sağ qalıb. Kiyev yaşayış binalarına, məktəblərə, mağazalara və tibb müəssisələrinə qəsdən hücum edir. Onlara dron verən ölkələr buna görə tam məsuliyyət daşıyırlar”, – diplomat qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: