BMT-də Qəzza və Ukraynadakı vəziyyət müzakirə ediləcək

BMT-də Qəzza və Ukraynadakı vəziyyət müzakirə ediləcək

BMT Təhlükəsizlik Şurası sentyabrın 23-də Baş Assambleyanın 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin ilk günündə Qəzza və Ukrayna ilə bağlı iki mühüm iclas keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə sentyabr ayında Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Koreyanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, əvvəlcə “Yaxın Şərqdə vəziyyət, o cümlədən Fələstin məsələsi” mövzusunda Qəzza ilə bağlı brifinq keçiriləcək. Ardınca isə “Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda iclas təşkil olunacaq.

Hər iki tədbirin yüksək səviyyəli nümayəndələrin iştirakı ilə keçirilməsi gözlənilir.

Aysel Əliyeva
Globalinfo.az