Bakı–Ağstafa xəttinə əlavə qatar reysləri təyin olundu

Bakı–Ağstafa xəttinə əlavə qatar reysləri təyin olundu

Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 20-də Bakı–Ağstafa,  sentyabrın 21-də isə Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Globalinfo.az bu bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata əsasən, sərnişinlər Bakı-Qazax-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.

Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı (www.ady.az) rəsmi saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.

Bir qatar və bunu deyən yazı "ADY Bakı- Ağstafa - Bakı marşrutu üzre reyslar 20 sentyabr Bakı Ağstafa 21 sentyabr 09:15 •Ağstafa Bakı 15:00 AĞSTAFA BAKI a GLL GIL ADY, ADY" şəkili ola bilər